Gəncədə bankomatlardan oğurluq edən şəxs tutuldu
Gəncədə vətəndaşları aldadaraq onların bankomat hesablarından pul oğurlayan şəxs saxlanılıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, vətəndaşların şikayəti əsasında Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşları əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində şəhər sakini, 1982-ci il təvəllüdlü Əli Əzizov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, o, şəhərin müxtəlif ərazilərində bankomatların qarşısında dayanaraq oradan pul çıxarmaq istəyən vətəndaşları “hesabınızda pul yoxdur” deyərək aldadıb, sonra onların hesabından çıxan pulu oğurlayıb. Təxminən 6 nəfərin hesabından 2 min manata yaxın pulu mənimsəyən Ə.Əzizov barəsində cinayət işi başlayıb.