Futbol üzrə Avropa çempionatı başladı
Fransada futbol üzrə Avropa çempionatı başlayıb. APA TV-nin məlumatına görə, açılış mərasimi Paris yaxınlığındakı “Stad de Frans”da keçirilib.
Açılış mərasimindən sonra çempionatın ilk oyunu başlayıb. Açılış oyununda ev sahibi Fransa millisi və Rumıniya yığması qarşılaşır.
Qeyd edək ki, qitə birinciliyində, ilkin mərhələdə 24 komanda altı qrupda mübarizə aparacaq.
Qrup mərhələsinin son oyunları iyunun 22-də keçiriləcək. Qruplarda ilk iki yeri tutan komandalar və üçüncü yerdə qərarlaşan ən yaxşı dörd komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. 1/8 final matçları iyunun 25-dən 27-dək, ¼ finallar – iyunun 30-dan iyulun 3-dək, yarımfinallar isə iyulun 6-sı və 7-də baş tutacaq. Final matçı iyulun 10-da Parisdə keçiriləcək.