Türkiyəyə aid yük maşınları Azərbaycanda qəzaya uğradı

Türkiyəyə aid yük maşınları Azərbaycanda qəza törədib. APA TV-nin məlumatına görə, hadisə iyunun 10-u günün ikinci yarısında Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi magistral yolunun 96-cı kilometrliyində, Qax rayonunun Qoroğan kəndi ərazisində baş verib. Balakən rayonunun Mazımçay sərhəd-keçid məntəqəsindən keçərək, Bakı istiqamətində hərəkət edən Türkiyə vətəndaşı, 51 yaşlı Məhəmməd Kaynarın idarə etdiyi MAN markalı yük avtomobili onunla eyni istiqamətində hərəkətdə olan və  41 yaşlı Kaya Çalışkanın idarə etdiyi “Mercedes” markalı yük avtomobilini arxadan vurub. Qəza nəticəsində Məhəmməd Kaynar aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qarın boşluğunda qanaxma olan sürücü dərhal əməliyyata alınıb.Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Qeyd edək ki, hadisə zamanı Türkiyəyə aid 5 yük maşını karvan şəklində Bakı istiqamətində hərəkətdə olub.

 

Faktla bağlı DYP-nın Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv