Ağ Ev: İŞİD lideri sağdır
ABŞ-da “İraq Şam İslam Dövləti” terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin yaralanması ilə bağlı məlumat yoxdur. Lakin Ağ Ev hesab edir ki, əl-Bağdadi sağdır. APA TV-nin məlumatına görə, bunu ABŞ prezidentinin qlobal koalisiya üzrə xüsusi nümayəndəsi Qrek Makqerk bildirib.
Əbu Bəkr əl-Bağdadinin yaralanması xəbərini ərəb mətbuatı yayıb. Məlumata görə, İŞİD lideri İraq-Suriya sərhədində beynəlxalq koalisiyanın hava zərbələri zamanı vurulub.
Barak Obamanın xüsusi nümayəndəsi isə bu məlumatları şərh edərkən əl-Bağdadinin həyatda olduğunu düşündüyünü bildirib.