Saatlıda narkotik bitkilər yetişdirən iki şəxs həbs olundu

 

 

Saatlıda narkotik tərkibli bitki yetişdirən iki nəfər  saxlanılıb.  APA TV-nın Mil-Muğan bürosunun məlumata görə, Saatlı polis şöbəsinin keçirdiyi  əməliyyat-axtarış tədbirləri çərçivəsində qanunsuz əkilən 40-dan çox çətənə kolu aşkar edilərək dövriyyədən çıxarılıb.

Saatlı şəhəri, Nəsimi küçəsi 11 ünvanında yaşayan 1976-cı il təvəllüdlü Əmənov Dadaş  Nəhməd oğlunun  evinə  baxış  zamanı yarımçıq tikilidə aqrotexniki qaydada yetişdirilən 21 ədəd  narkotik tərkibli  çətənə kolu aşkarlanaraq götürülüb. 

 

Digər  əməliyyat tədbiri rayonun Fətəlikənd kəndində keçirilib. Həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Söhbətov Rizvan Məmmədağa oğlunun həyətyanı sahəsində  olan istixanada xüsusi qaydada qulluq edilərək yetişdirilən 20 ədəd çətənə kolu aşkar edilib. Hər iki şəxs polis tərəfindən saxlanılıb.

 

Hər iki fakt  üzrə  cinayət  işi açılıb,  araşdırma aparılır

Müəllif | Apa.Tv
Apa.tv