Dəməşqdə növbəti terror aktı törədildi: 9 ölü, 16 yaralı
Suriyanın paytaxtı Dəməşqin cənub hissəsində bir-birinin ardınca iki güclü partlayış törədilib.
APA TV-nin "Vesti.ru"ya istinadən xəbərinə görə, partlayışlardan birini şəhərin giriş hissəsində kamikadze törədib, digəri isə Sadia Zaynab rayonunda minalanmış avtomobildə qeydə alınıb.
Hər iki hadisə zamanı ümumilikdə 9 nəfər ölüb, 16 nəfər isə yaralanıb.
Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib