Duysburq Şəhər Məclisi "erməni soyqırımı"nın yalan olduğuna dair qətnamə qəbul edib

Almaniya Bundestaqının qondarma "erməni soyqırımı"nı tanımaq qərarına ayrı-ayrı şəhərlərin yerli qurumlarından etirazlar olub. APA TV-nin məlumatına görə, ilk etirazlardan biri çoxlu sayda türkün yaşadığı Duysburqdan gəlib. Duysburq Şəhər Məclisinin son toplantısında qondarma "erməni soyqırımı"nın tanınması məsələsi müzakirə olunub. Məclis üzvlərinə "bir yalan hər zaman yalandır və yalan olaraq qalacaqdır" sözləri yazılmış vərəqələr paylanıb. Gərgin müzakirələr fonunda keçən toplantının sonunda Məclis üzvləri yekdilliklə 1915-ci ildə ermənilərə qarşı soyqırımı törədilməsinə dair iddiaların kökündən yalan olması barədə qərar qəbul edib.

 

Müəllif | Apa.Tv
Apa.tv