Rusiya Hələbə fosfor bombası atdı - REAL GÖRÜNTÜ
Rusiya Hərbi Kosmik Qüvvələrinə aid təyyarələr Suriyanın Hələb şəhərinə qadağan olunmuş fosfor bombaları atıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, əməliyyat nəticəsində ikisi uşaq olmaqla, ümumilikdə 6 nəfər ölüb.
Qeyd edək ki, fosfor bombasının atıldığı ərazidə havasızlıq yaranır ki, bu da insanın nəfəs almasını çətinləşməsinə səbəb olur. Nəticədə ağ ciyərlərdə yaralar əmələ gəlir və bombanın təsirinə məruz qalmış insan boğulma nəticəsində ölür.
Xatırladaq ki, fosfor bombasının istifadəsi 1980-ci ildə qəbul edilmiş Kütləvi Qırğın Silahlarından İstifadənin Qadağan Olunması haqqında Konvensiyaya uyğun olaraq yasaqlanıb.