ABŞ-da TERROR: Gecə klubunda 50 nəfər qətlə yetirildi
ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb. APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Orlando meri Baddi Dayer açıqlayıb.
Baş verən olayı Orlando polisi terror aktı adlandırıb.
Gecə klubunda insanlara atəş açan şəxsin üzərində bir avtomat və bir tapança olub. Atışma zamanı bir polis əməkdaşı da yaralanıb.
Məlumatda deyilir ki, bu gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub.
Qeyd edək ki, gecə klubunda insanlara atəş açan şəxs polisin açdığı atəş nəticəsində öldürülüb.