Polşa Şimali İrlandiyaya qalib gəldi

Avropa çempionatının C qrupunun ilk oyunu keçirilib. APA TV-nin məlumatına görə, həmin qrupda mübarizə aparan Polşa milli komandası Şimali İrlandiya millilərinə qalib gəlib. Oyunun birinci hissəsi qarşılıqlı hücumlarla keçsə də, hesab açılmayıb.

İkinci hissədə rəqibdən seçilən polyaklar istədiklərinə nail olublar. 51-ci dəqiqədə Arkadius Milik hesabı açıb: 1-0

 

Matçda başqa qol olmayıb və oyun Polşa yığmasının üstünlüyü ilə başa çatıb.

 

 

Müəllif | Apa.Tv