Göygöldə avtomobil aşdı, sürücü öldü
Göygöldə sürücünün ölməsi ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Şəmkir rayon Əliyaqubli kənd sakini, 1943-cü il təvəllüdlü Ağamməd Allahverdiyev idarə etdiyi “VAZ-21014” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Sürücü hadisə yerində ölüb.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.