AVRO-2016: Almaniya Ukraynaya qalib gəldi - QOLLAR

Futbol üzrə XV Avropa çempionatının "C" qrupunda Almaniya millisi Ukrayna  yığması ilə qarşılaşıb. APA TV-nin məlumatına görə, Almaniya komandası 2:0 hesabı ilə rəqibini məğlub edib. Oyuna sürətli başlayan almanlar birinci hissədə rəqib qapısını basqı altında saxlayıblar. Çox keçməyib ki, Şkodran Mustafi hesabı açaraq matçın ilk qolunu vurub.

 

Oyunun birinci hissəsində başqa qol olmayıb və komandalar fasiləyə yollanıblar. Matçın ikinci hissəsində də seçilən almanlar bir neçə real qon şansını əldən veriblər. Oyunun əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə Bastian Şvaynştayger özünün birinci komandasının isə, ikinci qolunu ataraq oyunun nəticəsini müəyyənləşdirib. Beləcə, oyunda  başqa qol olmayıb və almanlar ilk oyundan 2-0 qalibiyyətlə ayrılıblar.

Müəllif | Apa.Tv