Saatlı sakininin evindən çətənə kolları tapıldı

Saatlı sakininin evinin zirzəmisində 11 ədəd narkotik vasitə olan çətənə kolları aşkar edilib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Zakim Azər oğlu Ziyadov uzun müddət əkib-becərdiyi və yaşadığı evin zirzəmisində gizlətdiyi çətənə kollarını rayon polisi aşkar edərək götürüb. Zakim Ziyadov polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv