Neft həftəyə ucuzlaşma ilə başladı
Neftin qiymətlərində ötən həftənin son günlərində baş verən ucuzlaşma davam edir.
APA TV-nin məlumatına görə, birjalarda həftənin ilk hərraclarında "Brent" markalı neftin bir bareli 50,08 dollardan satılıb.
Qərbi Texas neftinin qiyməti də ötən həftəyə nisbətən ucuzlaşıb. Son hərraclarda WTİ nefti 48,57 dollardan satılıb.
Ekspertlər qiymətlərin iqtisadi deyil, siyasi faktorların təsiri ilə formalaşdığını nəzərə alaraq, bir müddət bazarda qeyri-stabilliyin hökm sürəcəyini bildirir.