Şamaxıda avtomobil piyadanı vurub öldürdü
Şamaxı rayonunda piyadanın ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə iyunun 12-də axşam saatlarında Şamaxı şəhərinin M.Ə.Rəsulzadə küçəsində, mərkəzi bazarın qarşısında qeydə alınıb.
“Mercedes” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən yolu keçən piyada, Şamaxı şəhər sakini Elxan Ağasaab oğlu Baloğlanovu vurub. Məlumata görə, Elxan Baloğlanov mağazadan alış-veriş edərək geri qayıdarkən ehtiyatsızlıq edib və qəflətən avtomobilin qarşısına çıxıb.
Ağır bədən xəsarətləri alan Elxan Baloğlanovu təcili və təxirəsalınmaz tibbi yardım avtomobili Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin səyinə baxmayaraq, Elxan Baloğlanov dünyasını dəyişib. Hadisəni törədən sürücü saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.