Sabirabadda beşinci mərtəbədən yıxılan körpə SAĞ QALDI - MÖCÜZƏ

Sabirabadda 3 yaşlı uşaq valideynlərin səhlənkarlığı ucbatından həyatını itərmək təhlükəsi ilə üzləşib. Şəhərin Heydər Əliyev prospektindəki evlərdən birində kirayədə yaşayan Məmiyevlər ailəsinin nəzarətsiz qalan 3 yaşlı oğlu 5-ci mərtəbədəki mənzilin evyanından yerə yıxılıb. Uşaq  yıxılan zaman bir neçə maneəyə  çırpılıb.

 

2011-ci il təvəllüdlü Məmiyev Ağan Əfraz oğlu dərhal Sabrabad rayon xəstəxanasına çatdırılıb.

 

Həkimlərin APA TV-yə verdiyi məlumata görə, uşağın həyatı üçün təhlükə yoxdur. Ayağı gipsə qoyulduqdan sonra uşağı valideynlərin arzusu ilə evə buraxıblar. Ailənin 5 yaş və 9 aylıq daha iki uşağı var.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı