Sabah 32 dərəcə isti olacaq

İyunun 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz  keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-29, Bakıda gecə 16-18, gündüz  27-29 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq rayonlarda  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı  gözlənilir. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv