"Telegraph": Almaniya Türkiyəyə güzəştə getməyə hazırdır
Miqrasiya böhranının aradan qaldırılması üçün Almaniya hökuməti Türkiyə tərəfinə kompromislərə hazır olduğunu bəyan edib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, mümkün kompromislər eyni zamanda antiterror qanunvericiliyini də əhatə edəcək.
Bu barədə məlumatı İngiltərə Xarici İşlər Nazirliyinin əməkdaşı Sebastyan Vuda istinadən "Telegraph" qəzeti yayıb.
Avropa İttifaqı və Türkiyə İngiltərənin ittifaqdan çıxması ilə bağlı keçiriləcək referendum öncəsi vəziyyəti gərginləşdirməmək yolunu tutub. Türkiyə vətəndaşlarına vizasız rejim tətbiqinin təxirə salınması, eləcə də bu ölkənin qərarın açıqlanacağı 2016-cı ilin oktyabrınadək gözləmə mövqeyi tutması da məhz bununla izah olunur.
Hazırda İngiltərə hökuməti tərəfindən krallığı ziyarət etmək istəyən Türkiyə vətəndaşlarına tətbiq olunan viza tələbləri öz qüvvəsində qalır və sözü gedən qaydalar Şengen zonasına daxil olan digər ölkələrin rəsmi Ankara ilə viza məsələsində razılığa gəlib-gəlməməsindən asılı deyil.
Diplomat S.Vud eyni zamanda viza rejiminin aradan qaldırılmayacağı təqdirdə, prezident Rəcəb Tayyib Ərdoğanın miqrantların Avropaya gedən yolunu asanlaşdıracağı ilə bağlı verdiyi vədə əməl edəcəyini də istisna etmir.