Bakıda yaşayış evinə maskalı basqın: külli miqdarda pul və qızıl aparıldı
Bakıda yaşayış evinə basqın olub. Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Keşlə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Firəngiz Musayevanın yaşadığı evə daxil olan 3 maskalı və silahlı şəxs ev sahibəsinin əl və ayaqlarını yapışqanla bağlayaraq, pul tələb ediblər. Onlar evdən külli miqdarda pul və qızıl-zinət əşyaları aparıblar.
F.Musayeva xəstəxanaya yerləşdirilib.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində quldurluq əməlini törədən, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri - Emil, Elnur və Elçin adlı şəxslər saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.