Türkiyədə növbəti terror: bombalı avtomobil partladıldı

Türkiyədə növbəti terror hadisəsi baş verib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Tunceli vilayətinin Ovacık qəsəbəsində ədliyyə işçilərinin yaşadığı binanın qarşısında bomba yüklü avtomobil partlayıb.

 

Hadisə saat 13:30-da qeydə alınıb. Nəticədə 3-ü ağır olmaqla 9 nəfər yaralanıb. Yaralılar Ovacık Dövlət Xəstəxanasına yerləşdirilib. Ətrafda təhlükəsizlik tədbirləri görülüb, partlayış nəticəsində yaranan kiçik yanğınlar söndürülüb. Avtomobili PKK terrorçularının partlatdığı bildirilir. 

Müəllif | Apa.Tv
Apa.tv