Göygöldə iki avtomobil toqquşdu, biri yandı

Göygöldə iki avtomobil toqquşub, onlardan biri yanıb. APA TV-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızılca kəndi ərazisində baş verib.

 

Gəncə şəhər sakini, Ceyhun Süleymanovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillə Daşkəsən rayon sakini Fidail Ələsgərovun idarə etdiyi “Niva” markalı avtomobil toqquşub. Qəza zamanı “Niva” avtomobili alışaraq yanıb. Əraziyə FHN-in Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobil və canlı qüvvəsi cəlb edilib. Alov qısa zamanda söndürülüb.

 

Qəza zamanı “VAZ-21099”-un sürücüsü yüngül xəsarət alıb, “Niva”nın sürücüsü isə müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv