Türkiyə Azərbaycana yeni səfir təyin etdi
Türkiyə bir sıra ölkələrdəki səfirlərini dəyişdirib.
APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, yeni böyükelçilər qərarnaməsinə əsasən dəyişiklik baş verən səfirliklər arasında Türkiyənin Azərbaycandakı səfirliyi də var. Hazırkı səfir İsmayıl Alper Coşkunun yerinə bu vəzifəyə Erkan Özoral təyin olunub.
Erkan Özoral bundan əvvəl Türkiyə XİN-in baş direktor müavini vəzifəsində çalışıb.