İspaniya millisi 87-ci dəqiqə qolu ilə qalib gəldi
Futbol üzrə İspaniya millisi Avropa çempionatının qrup mərhələsi çərçivəsində Çexiya yığmasını məğlub edib.
APA TV-nin məlumatına görə, “Munisipial” stadionunda keçirilən qarşılaşma 1:0 hesabı ilə başa çatıb.
Oyunda yeganə qolu 87-ci dəqiqədə müdafiəçi Jerar Pike vurub.
Visente Del Boskenin yetirmələri növbəti oyunu iyunun 17-də Türkiyə millisinə qarşı keçirəcəklər. Çexiya yığması isə həmin gün Xorvatiya ilə qarşılaşacaq.
Xatırladaq ki, qrupdakı ilk oyunda Xorvatiya yığması Türkiyə millisini 1:0 hesabı ilə məğlub edib.