Narkotiklə tutulan ata: “Oğluma “sən öl” demişdim”
Abşeron rayonunda narkotik istifadəçisi saxlanılıb. 42 yaşlı Sərxan Həşimov 15 ildir ki, narkotik aludəçisi olduğunu deyir. istifadəçisi olduğunu deyir. Onun sözlərinə görə, bu bəlaya necə və haradan bulaşdığını özü də bilmir. Sərxanın ailəsinin dağılması sonda onu narkotiklə dostlaşdırıb. Bütün bunların günahını isə o, özündə görür:
“Öz meylim oldu. İnsan özü həyatı dərk etməli, hər şeyi başa düşməlidir. Qaldım tək, ailə, uşaq yox... Çox adam mənə dedi ki, eləmə, eləmə, axırda tutulacaqsan... Allah canını sağ eləsin, atam çox bəlalardan qurtarıb məni, köməklik edib”.
15 il bundan əvvəl Sərxanın ailəsi içki və narkotikə görə dağıldığından, oğlunun üzünü bir neçə il görməyib. Həyat yoldaşı da ata ilə oğulun görüşməsinə razı olmayıb. Onun sözlərinə görə, bir neçə gün bundan öncə 22 yaşlı oğlu onu axtarıb tapıb. Sərxan oğluna müalicə alacağını və bir daha narkotik vasitələrdən istifadə etməyəcəyini desə də, sözünü tuta bilməyib:
“Əsgər getdi-gəldi, özündə inam tapdı görüşdü mənimlə. Qucaqlaşdıq, öpüşdük. “Ata hər şey yaxşı olacaq, səni qaytaracam namaza” filan... Mən də ona demişdim ki, oğlum, müalicə olunum, hər şeyi tərgidəcəm. Ona “sən öl” vurmuşdum ki, hər şeyi tərgidəcəm. Müalicə olunmaq istəyirdim”.
Müalicə alacağını və bu bəladan qurtulacağı düşünən Sərxanın sonuncu dəfə narkotik almaq üçün Nəsimi rayonunda “Papanin” adlanan əraziyə gedib. Lakin evə qayıdanda polis tərəfindən saxlanılıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.