Neftin qiyməti 50 dollardan aşağı düşdü
Neftin qiymətində ucuzlaşma var. APA TV-nin məlumatına görə, birjalarda günün ilk hərraclarında "Brent" markalı neftin bir bareli 49,95 dollardan satılıb.
Qərbi Texas neftinin qiyməti də ötən günə nisbətən ucuzlaşıb. Son hərraclarda WTİ nefti 48,43 dollardan satılıb.
Ekspertlər qiymətlərin iqtisadi deyil, siyasi faktorların təsiri ilə formalaşdığını nəzərə alaraq, bir müddət bazarda qeyri-stabilliyin hökm sürəcəyini bildirir.