Mingəçevir sakini GÜLLƏLƏNDİ
Oktyabrın 13-də Mingəçevir şəhəri Füzuli küçəsi 2/5 mənzil 14-də yaşayan 1970-ci il təvəllüdlü Mustafayev Oqtay Abduləli oğlu ilə 3 nəfər naməlum şəxs arasında silahlı insident baş verib. Şəxsi münasibətlər zəmnində baş verən dava zamanı naməlum şəxs şəxslər ov tüfəngindən Oqtay Mustafayevə bir neçə dəfə atəş açıblar. Bədəninin müxtəlif nahiyyələrindən ağır xəsarətlər alan Oqtay Mustafayev Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Şəhər Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə Mingəçevir şəhərinin Müslüm Maqomayev prospektində yerləşən “Uşaq şəhərciyi”nin ərazisindəki çayxanada baş verib. Hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlir.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu və Polis Şöbəsi tərəfindən birgə araşdırma aparılır.