Paytaxt sakinləri Türkiyə millisini dəstəkləyir, Almaniyanı favorit sayırlar - SORĞU
Futbol üzrə Avropa çempionatının birinci turu artıq bitmək üzrədir. İlk oyunlarda 24 komanda nəyə qadir olduğunu az-çox göstərməyə müvəffəq olub. Oyunların nəticələri azarkeşlərin favorit seçiminə ciddi təsir etməyib. Azarkeşlik etdiyi komandanın ilk qələbəsindən ruhlanan azarkeşlər hər kəsə haqlı olduqlarını sübut etməyə çalışır, uğursuz nəticə göstərən komandaların pərəstişkarları isə “hələ heç nə bitməyib” deyə seçimlərinə haqq qazandırmağa çalışırlar. Bəs paytaxt sakinləri hansı komandaya azarkeşlik edirlər? APA TV-nin keçirdiyi sorğuda sürpriz nəticələr olmayıb:
- Türkiyə. Çox məyus olduq ki, birinci oyunu uduzdu. Yəqin ki, gələcək oyunlarda udar. Türkiyədən sonra İspaniya millisinə azarkeşlik edirəm.
- Əlbəttə ki, qardaş ölkə Türkiyəyə azarkeşlik edirik. Tam arxasındayıq. İlk oyunda 1-0 uduzdu, amma eybi yox, növbəti oyunda qalib gələcək. Güclü olanlardan Almaniya var. Məncə çempion ola bilər, şansı çoxdur.
- Təbii ki, Türkiyə yığmasına. Azərbaycan Avropa çempionatında iştirak etsəydi, Azərbaycan yığmasına da azarkeşlik edərdim.
- Avropa Çempionatında favoritim İngiltərə yığmasıdır. İngiltərə yığmasından əlavə İtaliya yığmasınə da bəyənirəm. Əvvəllər Türkiyəyə azarkeşlik etmişəm, amma indi Türkiyənin şansı olduğunu düşünmürəm. Çünki rəqiblər çox güclüdür. Xorvatiyaya uduzandan sonra inanmıram ki, digər oyunlarda qalib gəlsin. Qrupdan çıxmağına inanmıram.
- Əsas Almaniya və İspaniya yığmalarına azarkeşlik edirəm. Mən “Barselona” tərəfdarıyam. “Barselona” oyunçuları İspaniya millisində oynadığına görə, onlara azarkeşlik edirəm.
- Əlbəttə ki, Türkiyə yığmasına. Özümüzünkülərdir, öz komandamızdır, buna görə.
- Türkiyəyə azarkeşlik edirəm.
- Mən Rusiya yığmasına azarkeşlik edirəm.
- Ən birincisi qardaş ölkə Türkiyəni dəstəkləyirəm. Amma ilk oyunda məyus olduq.
Amma azarkeşlik etdiyim komanda Almaniyadır. Məncə finalda Almaniya ilə İspaniya yığmaları qarşılaşacaq. Almaniya 2-0 qalib gələr. Almaniya çempiondur.
Sorğuda iştirak edənlər arasında futbol üzrə Avropa çempionatının oyunlarını izləməyənlər də yox deyil.
Sinxron:
- Mən çox maraqlanmıram futbolla.
- Heç bir komandaya azarkeşlik etmirəm.
- Futbolla maraqlanmıram.
Sorğunun nəticələrindən də görünür ki, paytaxt sakinlərinin əksəriyyəti Türkiyə millisini dəstəkləyir. Amma hər kəsin aşkar favoriti yenə də Almaniya yığmasıdır. İspaniya və İtaliya millilərinin də azarkeşləri az deyil. Maraqlıdır ki, dünyada hər kəs ev sahibi Fransa yığmasını çempionluğa şanslı saysa da, Azərbaycanda Fransa millisinə azarkeşlik edənlər çox azdır.
Almaz Qasımova Rizvan Zahidoğlu APATV