Baş katib: "Şanxay Əməkdaşlıq Təşkilatına daha 5 ölkə qoşulmaq istəyir"

Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün daha 5 ölkə rəsmən müraciət edib. APA TV-nin Rusiya mənbələrinə istinadən xəbərinə görə, bu barədə təşkilatın baş katibi Rəşid Alimov bildirib.

 

Onun sözlərinə görə, həmin ölkələrin biri Şərqi Avropa, üçü Yaxın Şərq, digəri isə Cənub-Şərqi Asiya ölkəsidir. Baş katib konkret ad çəkməməyinin səbəbini qəbul məsələsinin hələ müzakirə olunduğunu bildirib.


Alimov quruma üz olmaq üçün müraciətlərin artacağın istisna etməyib. O vurğulayıb ki, ASEAN ölkələrinin may ayında Rusiyanın Soçi şəhərində keçirilən sammitində Cənub-Şərqi Asiya nümayəndələri bu istiqamətdə maraqları olduqlarını bildiriblər.


"Bu, bir daha Şanxay Əməkdaşlıq Təşkilatının beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir", - deyə baş katib deyib.

 

Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrovun İranın təşkilata qoşulması üçün hərəkətə keçəcəyi bildirilir. Bu barədə danışıqların quruma üzv olan ölkələrin xarici işlər nazirlərinin toplantısında aparılacağı qeyd olunur.


"İranın təşkilata rəsmi və tamhüquqlu üzv olmasına ümumi razılıq var və İran ən real namizəddir", - deyə bildirilir.


Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan Rusiya, Çin və Hindistan xarici işlər nazirləri aprel ayında Moskvada görüşüblər.


Ekspertlərin fikrincə, BRİKS və G20 dövlətlərinin mövcudluğu və Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmağa hazırlaşması fonunda üçtərəfli tərəfdaşlıq formatı tədricən öz aktuallığını itirəcək.

 

 

Müəllif | Apa.Tv
Apa.tv