Bakıda Ermənistan vətəndaşına aid sənəd tapıldı - DTX ARAŞDIRMA APARIR
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda Ermənistan vətəndaşına məxsus sənədin tapılması barədə yayılan məlumatlara münasibət bildirib.
DTX-nin ictimai əlaqələr şöbəsindən APA-ya bildirilib ki, hazırda bu məsələ ilə əlaqədar müvafiq araşdırmalar aparılır.
Qeyd edək ki, Bakının Sabunçu rayonunda Ermənistan vətəndaşına məxsus sənəd tapılıb. Sənədin 1982-ci il təvəllüdlü Aleksan Arakelyana məxsus olduğu bildirilir. Sürücülük vəsiqəsi 27 avqust 2014-cü ildə tarixdə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən verilib.
Sürücülük vəsiqəsi “RG 052597” nömrəli BC kateqoriyalıdır.