Azərbaycan, Rusiya və Ermənistan prezidentləri iyunun 26-da görüşəcək

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün tarixi məlum olub.

 

APA-nın məlumatına görə, Ermənistanın “1in.am” saytı görüşün iyunun 26-da Sankt-Peterburqda baş tutacağı barədə xəbər yayıb.

 

Görüşdə Vyana görüşündə əldə olunan razılaşmaların həyata keçirilməsi imkanları, o cümlədən təmas xəttində atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizmləri və ATƏT-in Minsk Qrupunun monitorinq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv