Gəncədə mənzilə sızan qaz yanğına səbəb oldu
Gəncədə yaşayış evində yanğın baş verib. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospekti, 2-ci dalanda yerləşən Amil Tağıyevə məxsus 3 otaqlı evdə qeydə alınıb.
Hadisə yerinə FHN-in Gəncə şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin 4 avtomobili və canlı qüvvəsi cəlb olunub. Alov tez bir zamanda söndürülüb. Yanğın 120 kvadratmetr sahəsi olan evin 2 otaq və bir aynabəndini içərisində olan əşyalarla birgə yararsız hala salıb. Bir otaq isə alovdan qorunub. Yanğının mənzildə qaz sızmasından yarandığı ehtimal edilir.
Yanğının səbəbləri araşdırılır.