Bakıda sürücünün kobud qayda pozuntusu qəzaya səbəb oldu

 

Bakının Nərimanov rayonunda sürücünün yol hərəkəti qaydasını pozması qəzaya səbəb olub. APA TV-nin məlumatına görə, qəza rayonun Koroğlu Rəhimov küçəsində qeydə alınıb.

 

"Mercedes" markalı avtomobil sola, yəni qadağan olunmuş yola dönərkən sürətlə gələn digər "Mercedes" ona çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

 

Hadisə yerinə yol polisi əməkdaşları gəliblər. Daha sonra hər iki avtomobil çağırılan evakuator vasitəsilə cərimə meydançasına aparılıb. 

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv