Hansı avtomobillər Azərbaycana buraxılmayacaq? - ŞƏRTLƏR

"Təəsüflər olsun ki" standartlar hələ iqtissadiyatın bütün sahələrində tam tədbiq olunmur".

 

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nın şöbə müdiri Namiq Tağıyevin sözlərinə görə, hər bir sahədə belə problemlər mövcuddur. Problemlərin aradan qaldırılması üçün tədbirlər görülür. APA TV-nin xəbərinə görə, şöbə müdiri bildirdi ki, gələn ilin yanvarından Azərbaycanda "Avro-3" standartı qüvvəyə minəcək. Sonrakı illərdə isə "Avro-4" və "Avro-5" standartları qəbul ediləcək: "Hökümətə müvafiq təkliflər vermişik və hal-hazırda Nazirlər Kabinetində "Avro 3"-ün Azərbaycanda qüvvəyə minməsi mexanizminə baxılır. Yəqin ki, yaxın günlərdə hansısa bir məlumatı alacağıq".

 

Namiq Tağıyev kriteriyalara cavab verməyən avtomobillərin ölkəyə buraxılmayacağını söylədi. Əlavə etdi ki, ölkədə benzin standartının tətbiqinə də start verilib: "Benzin standartı vacib və çox aktual bir məsələdir. Hazırda yeni neft-qaz, neft-kimya kompleksi tikilir".

 

Şöbə müdiri çörəyin qablaşdırılması məsələsinə də aydınlıq gətirdi. Bildirdi ki, bununla bağlı yeni standart hazırlanır.

Müəllif | Apa.Tv
Almaz Qasımova