AÇ-2016: Portuqaliya - İslandiya - 1:1 - QOLLAR
Avropa çempionatının F qrupunun ikinci oyunu baş tutub. APA TV-nin məlumatına görə, türk hakim Cüneyt Çakırın idarə etdiyi qarşılaşma olduqca gərgin keçib. Oyundan hesabı Portuqaliya yığması adından Nani açıb. O, 31-ci dəqiqədə vurduğu qolla komandasını hesabda irəli keçirib.
İlk yarı bu hesabla bitib. Oyunun ikinci yarısı da komandaların qarşılıqlı hücumları ilə keçib. 50-ci dəqiqədə İslandiya yığması hesabı bərabərləşdirməyə nail olub. Byarnsson özünün və komandasının ilk qolunu vuraraq aradakı fərqi qapadıb.
Oyundan başqa qol olmayıb və matç 1-1 bərabərliklə bitib.