Türk polisinə qarşı növbəti terror: 6 yaralı - REAL GÖRÜNTÜ

Türkiyədə PKK terror təşkilatı  yeni terror aktı törədib.

 

APA TV-nin sözcü.com.tr-yə istinadən məlumatına görə, Van şəhərinin Gevaş rayonunda polis avtomobilinin keçidi əsnasında PKK terrorçularının əvvəlcədən yola yerləşdirdiyi partlayıcı qurğu partladılıb.

 

Nəticədə 6 polis əməkdaşı yaralanıb. Onlar Vanda olan mərkəzi xəstəxanaya çatdırılıb. Polislərin ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Hadisədən sonra Türkiyə Ordusu ərazidə əməliyyat keçirib.

Müəllif | Apa.Tv
Apa.tv