Pentaqon: Rusiya təcavüzünə qarşı Türkiyəyə tam dəstək verəcəyik

Brüsseldə NATO-ya üzv olan ölkələrin müdafiə nazirlərinin görüşü keçirilib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, toplantıda ABŞ və Türkiyə müdafiə nazirləri bir araya gəliblər.

Pentaqon rəhbəri ilə türkiyəli həmkarı baş verə biləcək Rusiya təcavüzü barədə müzakirə aparıblar. Eşton Karter Fikri İşıqla söhbətində bu təcavüzə qarşı Pentaqonun Türkiyəyə lazımı dəstək verəcəyi barədə vəd verib.

"Türkiyənin təhlükəsizliyi vacibdir, biz bu məsələdə çox həssasıq. Türkiyədə baş verən terror aktlarından da çox narahatıq", - deyə Pentaqonun açıqlamasında bildirilir.

 

Görüşdə Türkiyənin cənub sərhədlərinin möhkəmləndirilməsi məsələsi də müzakirə olunub.
 

Müəllif | Apa.Tv
Apa.tv