Sabah bölgələrə yağış və dolu yağacaq

İyunun 16-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz  keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, axşam buludluluğun artacağı gözlənilir.

 

Cənub-şərq küləyi, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 28-33, Bakıda gecə 18-20, gündüz  20-32 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam əsasən bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 20-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv