Ağstafada dəhşət: maşın yol kənarında söhbət edən iki kişini vurub öldürdü

Ağstafada avtomobil iki piyadanı vuraraq öldürüb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Ağstafa şəhərin M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.

 

Rayon sakini Səxavət Osmanov idarə etdiyi "Mercedes" markalı 10 ZS 025 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun kənarında dayanıb söhbət edən Biləsuvar rayon sakini, 37 yaşlı Elnur Dövlətovu və Goranboy rayon sakini, 56 yaşlı Cəlal Abbasovu vurub. Piyadalar hadisə yerində vəfat ediblər.

 

Məlum olub ki, avtomobili idarə edən şəxs hadisə vaxtı sərxoş vəziyyətdə olub və şəhərin mərkəzində sürətlə sürdüyü maşının idarəetməsini itirərək səkiyə çıxıb. Nəticədə yolun kənarında dayanan iki nəfəri xeyli sürüyərək kənara atıb.

 

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv