Şəki Penitensiar Müəssisəsindən 5 məhbus azadlığa buraxıldı

Şəki Penitensiar Müəssisəsində Milli Məclis tərəfindən qəbul edilmiş növbəti Amnistiya aktının icrasına başlanılıb.

 

APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün müəssisədə saxlanılan 5 məhbus cəzasının qalan hissəsindən azad olunaraq azadlığa buraxılıb.

 

Şəki  Penitensiar Müəssisəsindən aktın dörd ay müddətində icra olunacağı və bu müddət ərazində müəssisədə cəza çəkən onlarla məhbusun azadlığa qovuşacağı bildirilib.

 

Qeyd edək ki, bu gün Azərbaycanda Milli Məclis tərəfindən qəbul edilmiş növbəti Amnistiya Aktının icrasına başlanılıb. 

 

Müəllif | Apa.Tv
Apa.tv