Goranboyda maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Goranboyda avtomobilin ağaca çırpılması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Xanqərvənd kəndində qeydə alınıb.
Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Ziyad Abdullayev idarə etdiyi “Lifan” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan ağaca çırpılıb. Qəza zamanı sürücü hadisə yerində ölüb, sərnişin - Xanqərvənd kənd sakini, 1991-ci il təvəllüdlü Saleh Sadıqov müxtəlif bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.