Rusiya millisi məğlub oldu
Futbol üzrə Rusiya millisi Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda Slovakiya yığmasına məğlub olub. Qarşılaşma slovakların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
32-ci dəqiqədə hesabı Slovakiya millisinin müdafiəçisi Vladimir Vayss Marek Qamşikin ötürməsindən sonra açıb. 45-ci dəqiqədə isə Marek Qamşik Vladimir Vayssın ötürməsindən sonra hesab arasındakı fərqi artırıb.
Rusiya millisinin isə təsəlli qoluna gücü çatıb. 80-ci dəqiqədə Denis Qluşakov buraxılan toplardan birinin əvəzini çıxıb.
Bu nəticədən sonra Rusiya millisi B qrupunda turnir cədvəlinin sonuncu pilləsinə düşüb. Ruslar növbəti oyunu iyunun 20-də qrupun lideri Uels yığmasına qarşı keçirəcəklər.