Dayə ərinin birinci ailəsindən olan qızının evini yardı

Bakıda dayə evdən oğurluq edib.

APA TV-nin məlumatına görə, Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edən vətəndaş Cəmilə Bayramova Xırdalan şəhərində yaşadığı evdən dəyəri 5 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Cinayət-axtarış şöbəsi əməliyyatçılarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən və oğurluq baş verən evdə dayə işləyən Aidə Ələsgərova saxlanılıb. İlkin dindirilmə zamanı 48 yaşlı qadın törətdiyi əməli etiraf edib.

 

Saxlanılan qadın bildirib ki, zərərçəkən Cəmilə Bayramova onun ərinin birinci ailəsindən olan qızıdır. Aidənin sözlərinə görə bir neçə il bundan əvvəl Cəmilə Bayramova ailə həyatı qurduqdan sonra bir ovladı dünyaya gəlib. Cəmilə xəstələndiyi üçün ailənin də razılığı ilə yeni doğulan körpəyə Aidə baxmalı olub.

 

Aidənin sözlərinə görə evdə təmizlik işləri görərkən otaqların birindən  bağlama tapıb. Onun bağlamaya olan marağı isə başına bəla olub.

 

Daha sonra qadın əldə  etdiyi qızılları Sumqayıt şəhərində yerləşən qızıl dükanında satıb.

 

Tutduğu əmələ görə peşman olan Aidə Ələsgərova Cəmilə Bayramovadan qisas almaq üçün bu əməli törətdiyini deyir.

 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv