İsveçrə millisi qrup lideri oldu
Rumıniya millisi futbol üzrə Avropa çempionatının qrup mərhələsində İsveçrə yığması ilə heç-heçə oynayıb. Parisdə keçirilən qarşılaşmada 1:1 hesabı qeydə alınıb.
Oyunun 18-ci dəqiqəsində İsveçrə millisinin müdafiəçisi cərimə meydançasında qaydanı pozub və hakim penalti təyin edib. Boqdan Stanku penalti zərbəsini dəqiq yerinə yetirib.
İsveçrə millisi hesabı 57-ci dəqiqədə bərabərləşdirib. Bərabərlik qolunu Admir Mehmedi vurub.
Beləliklə, İsveçrə millisi A qrupunda liderdir. Rumıniya yığması isə turnir cədvəlinin üçüncü pilləsindədir.