Fransada ruslar və ingilislər arasında yenə dava düşdü
Fransanın Lill şəhərində polis ingilis və rus azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
APA TV-nin məlumatına görə, polis əməkdaşları azarkeşləri Lill küçələrindən qovublar. Asayiş keşikçilərinin güc tətbiq etməsinə rus və ingilis futbol fanatları arasında baş verən növbəti toqquşma səbəb olub. İngilislər rusiyalı azarkeşlər haqqında mahnı oxuyublar, ruslar isə onlara fişəng atıblar.
Xatırladaq ki, Marsel şəhərində Rusiya və İngiltərə yığmalarının oyunundan sonra azarkeşlər arasında düşən davaya görə UEFA Rusiya Futbol İttifaqını 150 min avro cərimələyib. Bundan başqa, Rusiya millisi Avropa çempionatından şərti olaraq diskvalifikasiya edilib. İnsidentlər davam etsə, Rusiya millisi çempionatdan qovula bilər.