Neftin ucuzlaşması davam edir

Neftin qiymətində bu gün də ucuzlaşma var. APA TV-nin məlumatına görə, birjalarda günün ilk hərraclarında "Brent" markalı neftin bir bareli 48,56 dollardan satılıb.

 

Qərbi Texas neftinin qiyməti də ötən günə nisbətən ucuzlaşıb. Son hərraclarda WTİ nefti 47,59 dollardan satılıb.

 

Qeyd edək ki, Federal Ehtiyatlar Sisteminin dünən uçot dərəcəsini əvvəlki (0,25-0,5%) səviyyədə saxlayıb. Bu isə neftin ucuzlaşmasını sürətləndirən amillərdən biridir. Amma qarşıdakı günlərdə qiymətlərdə stabilləşmə olacağı gözlənilir. 

Müəllif | Apa.Tv
Apa.tv