Sayımız açıqlandı - 10 MİLYONA AZ QALDI

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 33 600 nəfər və ya 0,3 faiz artaraq 2016-cı il may ayının 1-i vəziyyətinə 9 milyon 739 200 nəfərə çatıb.

 

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel ayları ərzində ölkədə 52,7 min doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,6 təşkil edib. Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 902-si əkiz, 24-ü isə üçəm doğulub.

 

Müəllif | Apa.Tv
Apa.tv