Xaçmazda iş adamı qətlə yetirildi

Xaçmaz şəhərində qətl hadisəsi baş verib.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, şəhərin Mirzə Fətəli Axundov küçəsində yaşayan 1963-cü il təvəllüdlü İlqar Rüstəm oğlu Məmmədov yaşadığı evdə qətlə yetirilib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.

 

İlqar Məmmədov ticarət mallarının topdansatışı ilə məşğul olub.

 

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv