ABŞ kəşfiyyatı: İŞİD partizan hərəkatına keçir, dəhşətli terror aktları olacaq
İŞİD qruplaşması yeni terror aktları törətməyə hazırlaşır.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, belə bir bəyanatla ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan çıxış edib.
O deyib ki, hazırda İŞİD-in Qərb ölkələrində sonradan terror aktlarının həyata keçirilməsində agent kimi istifadə olunacaq kifayət qədər döyüşçüsü var.
C.Brennanın sözlərinə görə, hazırda İŞİD döyüşçülərini turist qismində həmin ölkələrdə yerləşdirməklə məşğuldur.
Xidmətin direktoru qeyd edib ki, qruplaşma böyük ehtimalla partizan taktikasından istifadə edəcək ki, bunda da əsas məqsəd özünün ərazi itkilərini kompensasiya etməkdən ibarətdir.
Bundan əlavə, Mərkəzi Kəşfiyyat Xidməti İŞİD-in Paris və Brüsseldə olduğu kimi həm birbaşa, həm də öncədən təşkil olunmuş terror aktlarından istifadə edəcəyi ilə bağlı informasiyaya malikdir.