Azərbaycan prezidenti Avropa Xalq Partiyasının baş katibini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Avropa Xalq Partiyasının baş katibi, Mərkəzçi Demokratlar İnternasionalının icraçı katibi Antonio-Lopez İsturizi qəbul edib.

 

APA TV-nin xəbərinə görə, görüşdə Azərbaycanın Avropa Xalq Partiyası və Mərkəzçi Demokratlar İnternasionalı ilə əməkdaşlığının inkişafından məmnunluq ifadə olunub.

 

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin hazırkı vəziyyəti və perspektivlərinin müzakirə edildiyi görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında da fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv