Ombudsman Şamaxıda şagirdin zorlanması ilə bağlı baş prokurora müraciət edib

Şamaxıda müəllimin şagirdi zorlaması faktı ilə bağlı Baş Prokurorluğa müraciət olunub. APA TV-nin məlumatına görə, bu barədə ombudsman Elmira Süleymanova bildirib.

 

Ombudsman qeyd edib ki, Pirbəhli kənd orta məktəbinin 9-cu sinif şagirdinin müəllimi tərəfindən zorlanması faktının araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb: “Hazırda araşdırmaların nəticəsini gözləyirik”.

 

Qeyd edək ki, bu il mayın 13-də Pirbəhli kənd orta məktəbinin müəllimi Elnur Həsənağa oğlu İbrahimov 9-cu sinif şagirdini zorlamaqda təqsirləndirilir. 15 yaşlı 9-cu sinif şagirdi müəllimi Elnur İbrahimovdan hamilə qalıb, onun hamiləliyin artıq 9-cu ayında olduğu bildirilir.

 

Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma gedir.

 

25 yaşlı Elnur İbrahimov ailəlidir və 2 uşaq atasıdır. Onun Pirbəhli kənd orta məktəbində 4 il işlədiyi bildirilir. O, 2016-cı il aprelin 1-dən üzrlü səbəb olmadan pedaqoji fəaliyyətinə ara verib. Bu səbəbdən cari ilin may ayının 3-dən məktəbin Pedaqoji Şurasının qərarı ilə Əmək Məcəlləsinin 70- ci maddəsinin “Ç” bəndinə əsasən Elnur İbrahimovla bağlanan əmək müqaviləsinə xitam verilib.

Müəllif | Apa.Tv
Apa.tv